RU

Masallıda rayon rəhbəri vətəndaş qəbulu keçirdi » AzadMedia.az


19 fevral 2026-cı il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov İcra Hakimiyyətinin inzibati binasında vətəndaş qəbulu keçirmişdir.

Rayon rəhbəri ilk olaraq iştirakçıları müqəddəs Ramazan bayramı münasibətilə təbrik etmiş, onlara xoş arzularını çatdırmış və dualarının qəbul olunmasını arzulamışdır.

Qəbul zamanı vətəndaşların müraciətləri diqqətlə dinlənilmişdir.

Vətəndaş Ləngan kəndində kənddaxili yolun çınqıl örtüyü ilə təmin olunması barədə müraciət etmişdir.

Bədalan kənd sakini həyat yoldaşının xəstəliyi ilə əlaqədar əlillik dərəcəsinin müəyyənləşdirilməsi prosesində üzləşdiyi çətinliklərlə bağlı dəstək göstərilməsini xahiş etmişdir.

Qədirli kənd sakini mövcud sosial çətinlikləri ilə bağlı köməklik göstərilməsini xahiş etmişdir.

Masallı şəhər və Türkoba kənd sakinləri mövcud işsizlik vəziyyətləri ilə əlaqədar müraciət edərək daimi işlə təmin olunmaları istiqamətində müvafiq dəstək göstərilməsini xahiş etmişlər.

Qızılağac kənd sakini torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı müraciətini diqqətə çatdırmışdır.

Yiyənkənd sakini su kanalının qarşısının tutulması nəticəsində həyətyanı sahəsinin su altında qalması ilə bağlı müraciət edərək problemin aradan qaldırılması məqsədilə aidiyyatı tədbirlərin görülməsini xahiş etmişdir.

Masallı şəhər sakini əvvəllər çalışdığı “AzərEnerji” MMC-də yenidən işə qəbul olunması ilə bağlı müraciət edərək bu məsələyə baxılmasını və müvafiq dəstək göstərilməsini xahiş etmişdir.

Kolatan kənd sakini yaşayış evində baş vermiş yanğınla əlaqədar evinin təmirinə köməklik göstərilməsini xahiş etmişdir.

Təklə kənd sakini kənd ərazisində yerləşən küçənin təxminən 350 metr hissəsinin qum-çınqıl örtüyü ilə hamarlanması barədə müraciət etmişdir.

Son olaraq müraciət edən Qızılağac kənd sakini aliment məsələsi ilə bağlı müvafiq köməklik göstərilməsini xahiş etmişdir.

Qəbul zamanı qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunmuş, digər müraciətlər isə müvafiq qurumlara yönləndirilərək icrası nəzarətə götürülmüşdür.
Избранный
22
1
azadmedia.az

2Источники