RU

Kirayə mənzillər hansı səbəbdən bahalaşır? EKSPERT AÇIQLADI

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

2025-ci ilin yekununda Azərbaycanda kirayə qiymətləri 2024-cü ilin yekunu ilə müqayisədə 7,8 % çox olub.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "Pul Siyasəti İcmalı"nda bildirilir.

Sənədə əsasən, adıçəkilən xidmət üzrə qiymətlərin artım tempi ötən ilin ortalarında nisbətən aşağı düşsə də, sentyabrdan yüksəlib.

Bundan başqa, hesabat dövründə ilkin mənzil bazarında qiymətlər orta hesabla 12,7 %, təkrar mənzil bazarında isə 12,2 % artıb.

Maraqlıdır, hər il kirayə mənzillərin qiyməti hansı səbəbdən artır?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən əmlak eksperti Elnur Azadov bildirib ki, yeni tikilən binaların azalması qiymətlərə təsir göstərir:

“Paytaxtda son illərdə yeni tikililərin sayı ciddi şəkildə azalıb. Hazırda yalnız bəzi yerlərdə söküntü prosesləri başlayıb, bir çox layihələr isə hələ də həyata keçirilməyib.

Statistikaya baxsaq, 2016–2018-ci illərdə Bakı şəhərində hər il onlarla layihə başlanır və təxminən 70–80 layihə başa çatdırılırdı. Lakin 2020-ci ildən sonra göstəricilər kəskin düşüb və yalnız təxminən 7–8 yeni bina tikilib.

Eyni zamanda, daşınmaz əmlaka olan tələbat artıb, amma təklif bazası məhduddur. Təklifin azlığı bazarın dinamikasını pozur və hazırda Bakı əmlak bazarında ciddi çatışmazlıq müşahidə olunur, xüsusilə fərdi mənzillərdə və yeni tikililərdə”.

Ekspert qeyd edib ki, yaxın günlərdə Bakı şəhərində istismar müddəti bitmiş binaların sökülməsi gözlənilir:

“Təxminən 190 yaxın qəzalı vəziyyətdə bina var ki, onların sökülməsi zəruridir. Bundan sonra isə köhnə, qeyri-leqal evlərin qanuniləşdirilməsi məsələsi gündəmə gələcək.

Əgər söküntü və yeni tikinti layihələri planlandığı kimi həyata keçsə, daşınmaz əmlak bazarında qiymətlərin tənzimlənməsi və aktivliyin artması gözlənilir. Lakin bu prosesin yaxın vaxtlarda baş verməsi real görünmür”.

Gülər Həsənli

“Cebheinfo.az”

Açar sözlər:

Kirayə mənzillər Elnur Azadov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
45
2
cebheinfo.az

3Источники