RU

“2 il azadlıqdan məhrum edilənlərin çoxu faktiki olaraq 6 ay 1 il həbsdə qalır, sonra cəza ya azaldılır, ya da şərti olaraq azadlığa buraxılır”

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Şəhidlər Xiyabanında qeyri-etik videolar çəkən 3 əcnəbi azadlığa buraxılıb. Xatırladaq ki, keçən ilin avqust ayında Bakıya turist kimi gələn 3 Səudiyyə Ərəbistan vətəndaşı müqəddəs bir məkanda nalayiq hərəkətlər etmiş və bunu sosial şəbəkədə paylaşmışdı. Hadisə böyük rezonans doğurmuşdu. Həmin turistlər bu gün Bakı İstintaq Təcridxanasından azadlığa buraxılıblar. Onların cəza müddəti başa çatıb və Dövlət Miqrasiya Xidmətinə təhvil veriliblər.

Qeyd edək ki, hər birinə Cinayət Məcəlləsinin 245-ci maddəsi üzrə qəbir üzərində təhqiredici hərəkətə görə iş açılmış və ilkin olaraq hər birinə 2 il həbs cəzası verilmişdi. Bakı Apellyasiya Məhkəməsi bu hökmü dəyişərək cəzanı 6 aya endirib. Nəticədə onlar azadlığa çıxıblar.

Turistlərin etdiyi davranışı yerli vətəndaş etsəydi cəzası nə olardı?

Onlar sadəcə deport olsunlar deyə cəza müddəti azaldılıb, ya onlara əlavə hansısa cərimə və ya qadağa tətbiq edilə bilərmi?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında vəkil Əkrəm Həsənov bildirib ki, həmin şəxslər layiqli cəzalarını aldılar.

Əkrəm Həsənov

“Fərqi yoxdur, yerli vətəndaş olsaydı da, onu eyni cəza gözləyəcəkdi. Bizdə 2 il azadlıqdan məhrum edilənlərin çoxu faktiki olaraq 6 ay, 1 il həbsdə qalır, sonra cəza ya azaldılır, ya da şərti olaraq azadlığa buraxılır və s. Bu, adi praktikadır.

Hesab edirəm ki, bu halda həmin şəxslər hər bir halda layiqli cəzalarını aldılar - 6 ay həbsdə oldular. İndi isə Azərbaycan dövləti onları niyə saxlamalıdır? Onların burada, xüsusilə də həbsxanada qalması əlavə xərc deməkdir. Buna görə də ölkədən çıxarılmaları, yəni deport olunmaları normaldır.

Mən belə başa düşürəm ki, yəqin bundan sonra onlar bir daha Azərbaycana gələ bilməyəcəklər. Düzdür, artıq əlavə bir cəza tətbiq oluna bilməz. Cəzanı məhkəmə verib və eyni zamanda azaldıb. Burada qeyri-adi heç nə yoxdur.

Bizdə nəinki 2 il, daha ağır cinayət törədənlər də müəyyən müddət həbsdə qaldıqdan sonra azadlığa buraxılırlar. Məsələn; bir neçə il əvvəl Baş nazirin keçmiş müavini Əli Həsənovun nəvəsi yol-nəqliyyat hadisəsi törədərək bir neçə nəfərin ölümünə səbəb olmuşdu. O da 1–2 il həbsdə qaldıqdan sonra azadlığa buraxılmışdı. Əsas məsələ odur ki, həmin şəxslər cəzalarını aldılar və biz də göstərdik ki, bu cür əməllər cəzasız qalmır”-deyə Əkrəm Həsənov qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
71
icma.az

1Источники