RU

Ceyranbatan məktəbi Qönçə Zeynalovadan daşınmaz əmlak icarəyə götürüb

ain.az, Yeniavaz portalına istinadən məlumat verir.

Elm və Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsi Zeynalova Qönçə Cavanşir qızı (VÖEN – 1301995111) ilə satınalma müqaviləsi imzalayıb.

Yeniavaz.com xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında bağlanıb.

Müqavilənin şərtlərinə görə, Abşeron-Xızı Regional Təhsil İdarəsi Ceyranbatan qəsəbə 2 saylı tam orta məktəb üçün Zeynalova Qönçə Cavanşir qızından daşınmaz əmlak icarəyə götürəcək və qarşılığında 14 min 400 manat ödəyəcək.

Qeyd edək ki, Abşeron-Xızı Regional Təhsil İdarəsi 2024 və 2025-ci illərdə də Qönçə Zeynalova ilə analoji müqavilə imzalayıb. Lakin əvvəlki illərdə imzalanan müqavilənin dəyəri 12 min manat olub.Elnur Əli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
33
2
yeniavaz.com

3Источники