RU

Qurban Qurbanov iflasa uğradığını necə etiraf etdi? - "Qarabağ"ın səhvi

“Qarabağ”ın qısa pasla çıxmağındakı problemi barədə əvvəllər kifayət qədər danışmışıq. Bu dəfə isə gəlin “Qarabağ”ın topsuz oyunundan danışaq. Bildiyimiz kimi, “Qarabağ” topsuz 4-2-4 taksikası ilə oynayır. Bu, xüsusilə müdafiə olunan komandalar qarşı effektivdir, amma pressinq maşınlarına qarşı çox qeyri-effektivdir. Əlbəttə ki, bunu həll etməyin ən ideal yolu klassik 4-4-2 kompakt müdafiə olunmaqdır. Amma təəssüf olsun ki, Qurban Qurbanov “Qarabağ”da bunu etmir və təkbaşına bunu edə bilməz.

Ölkə.Az xəbər verir ki, bunu tanınmış "343" yutub səhifəsinin analitiki Cavid Zaidov deyib.

O, dünyanın ən yaxınlaşıqlarından olan Pep Quardiolanı nümunə göstərib: “Liverpul”da Yurgen Klopla işləmiş Pep Leyndersi öz ştabına dəvət etdi ki, həm bir qədər vertikal oyunu düzəltsin, həm də topsuz kompakt-müdafiə futbolunu səhmana salsın".

C.Zaidov "Qarabağ"ın analitika şöbəsinin təəccüb doğurduğunu ifadə edib:

"Çünki biz “Qarabağ”ın yeganə qaçmalı olduğu ssenarini qeyd etmişdik və normalda analitika şöbəsi bunu qırmızı bayraq kimi, bir növ sos siqnalı kimi Qurban müəllimə bildirməli idi. Çünki bu yeganə oyun ssenarisi idi ki, “Nyukasl”la oynamaq olmazdı. “Qarabağ” da elə “Nyukasl”ın xeyrinə olaraq məhz bu taktikanı seçdi. Qurban Qurbanovun özünün ana taktikasının total iflasa uğramasını etiraf etdiyi hərəkət, əlbəttə ki, ikinci hissənin əvvəlində Bədavi Hüseynovu meydana buraxmaqla 5-li müdafiə ilə oynaması idi. Amma təəssüf ki, iş işdən keçmişdi".

Onun sözlərinə görə, “Qarabağ” cavab oyununda “Nyukasl”a bir qədər adaptasiya olmuş oyunu oynayacaq: "Amma fikirləşməyək ki, “Nyukasl” artıq cütün taleyini həll edib deyənə bizə rahat nəfəs almağa imkan verəcək. Çünki bu, Çempiyonlar Liqasının pley-off mərhələsində “Nyukasl”ın öz doğma evində tarixində ilk oyunu olacaq". 

Miri
Ölkə.Az

Избранный
73
2
olke.az

3Источники