RU

“Real Madrid” Dezire Due üçün hərəkətə keçdi

PSJ-nin gənc cinah oyunçusu Dezire Due transfer bazarında diqqət mərkəzinə düşüb.

Fanat.Az xəbər verir ki, Madrid təmsilçisi futbolçunun keçidi üçün 100 milyon avroluq təklif hazırlayır.

"El Nacional" nəşrinin məlumatına görə, Paris klubunda yaşanan daxili gərginliklər Duenin gələcəyi ilə bağlı sualları artırıb. “Kral klubu”nun bu vəziyyətdən yararlanmağa çalışdığı bildirilir.

Mənbə iddia edir ki, oyunçu həm idman keyfiyyətləri, həm də kommersiya potensialı baxımından yüksək qiymətləndirilir. Klub daxilində Duenin uzunmüddətli layihənin bir parçası ola biləcəyi düşünülür.

Избранный
36
1
fanat.az

2Источники