Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Yevlax rayonu ərazisində, Yevlax-Bərdə avtomobil yolunun kənarında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Avtosfer.az xəbər verir ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yevlax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub. Havanın küləkli olması yanğınsöndürmə işlərini çətinləşdirsə də hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
Yevlax rayonunda meşə ərazisində yanğın başlayıb. Avtosfer.az-ın xəbərinə görə, yanğın hadisəsi Bərdə Yevlax yolunun Malbinəsi kəndi ərazisindən keçən hissəsində başlayıb. Hadisə yerinə FHN-nin yanğınsöndürən əməkdaşları cəlb edilib. Hazırda küləkli hava yanğının söndürülməsində yanğınsöndürən əməkdaşlarının işini çətinləşdirir. Baş verən yanğın avtomobil yolunda hərəkətdə avtomobil sürücülərinə də çətin anlar yaşadır. Hazırda yanğın və yanğınsöndürmə əməliyyatları davam etdirilir.


Oxunub 64
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.