İrəvandakı ABŞ səfirliyinin yaxınlığında avtomobil partlayıb və yanıb.
"Ölkə.az" xəbər verir ki, bu barədə news.am məlumat yayıb
Hadisə axşam saatlarında İsakov prospektində, ABŞ səfirliyinin qarşısında baş verib. Yanğınsöndürənlər işlərini bitirənə qədər diplomatik nümayəndəlikdən Qələbə körpüsünə doğru nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb.
Hüquq-mühafizə orqanları nəqliyyat vasitəsinin sahibinin və sürücüsünün şəxsiyyətini araşdırır.
Elvin
Ölkə.az