RU

General açıqladı: 5 ölkə əraziyə qoşun göndərir

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Qəzza zolağında beynəlxalq təhlükəsizlik mexanizminin formalaşdırılması istiqamətində yeni detallar açıqlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Beynəlxalq Təhlükəsizlik Qüvvələrinin (ISF) komandiri, general-mayor Kasper Ceffers ABŞ-da keçirilən Sülh Şurasının ilk iclasında beş ölkənin Qəzzaya qoşun göndərməyə razılıq verdiyini bəyan edib.

Onun sözlərinə görə, İndoneziya, Mərakeş, Qazaxıstan, Kosovo və Albaniya Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin tərkibində Qəzza zolağına hərbi kontingent göndərəcək ilk ölkələr olacaq. Bundan əlavə, Misir və İordaniya yerli polis qüvvələrinin hazırlanması və təlimi prosesinə qoşulacaq.

Kasper Ceffers bildirib ki, İsrail təhlükəsizlik qüvvələri də Qəzza zolağının cənubunda yerləşən Rəfah bölgəsində yerləşdirilməyə başlayacaq. Burada polis təlimlərinin təşkili və təhlükəsizlik sektorlarının mərhələli şəkildə genişləndirilməsi planlaşdırılır.

Komandirin açıqlamasına görə, uzunmüddətli strategiya çərçivəsində 20 min təhlükəsizlik əməkdaşının yerləşdirilməsi və 12 min polis əməkdaşının hazırlanması nəzərdə tutulur.

Tahir Turan

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
72
globalinfo.az

1Источники