RU

Türkmənistan bayrağı 34 YAŞINDA

Yazını böyüt
Yazını kiçilt

Türkmənistan bayrağı düz 34 il əvvəl - 19 fevral 1992-ci ildə qaldırılıb. Bayraq türk mədəniyyəti ilə əlaqəli bir çox simvolu özündə əks etdirir.

Hafta.az yazır ki, onun sol tərəfindəki şaquli zolaqdakı beş xalça motivi məşhur türkmən xalçalarını və beş türkmən tayfasını - Təkə, Yomut, Sarık, Çavuldur və Ərsarı simvolizə edir. Beş ulduz Türkmənistanın Axal, Balkan, Daşoğuz, Lebap və Məryəm vilayətlərini, ulduzların yanındakı aypara isə parlaq gələcəyə inamı əks etdirir. Bayrağın yaşıl rəngi İslamı, aşağı sol küncdəki zeytun budaqları isə Türkmənistanın bir dövlət kimi neytrallığını ifadə edir.

Şimaldan Qazaxıstan, şərqdən Özbəkistan, cənubdan Əfqanıstan və cənub-qərbdən İranla həmsərhəd olan Türkmənistanın müstəqillik elan etməsindən sonra hərbi doktrinası digər dövlətlərin daxili işlərinə qarışmamaq və onların ərazi bütövlüyünə hörmət siyasətini özündə ehtiva edir. Ölkənin xarici siyasətdə daimi neytrallığı seçməsinin əsas səbəblərindən biri onun geosiyasi mövqeyi ilə əlaqələndirilir. Türkmənistanın ticarət, nəqliyyat və logistika sahələrində Şərqlə Qərb arasında körpü rolu və geniş təbii sərvətlərə malik olması xarici siyasətdə neytrallığa nail olmaq üçün səylərə başlayıb. 12 dekabr 1995-ci ildə Türkmənistan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında 185 ölkənin dəstəyini qazanaraq daimi neytral dövlət elan edilib.

Sovet İttifaqı dağılandan sonra 26 oktyabr 1991-ci ildə Türkmənistanda referendum keçirilib və türkmən xalqının 94 faizi müstəqilliyin lehinə səs verib. 27 oktyabr 1991-ci ildə "Türkmənistanın Müstəqilliyinin və Dövlət Quruluşunun Əsasları haqqında" qanun qəbul edilib və 27 oktyabr Türkmənistanın Müstəqillik Günü kimi təyin edilib. 9 oktyabr 2017-ci ildə Türkmənistan Konstitusiyasına dəyişiklik olunub. Bu dəyişiklik Müstəqillik Gününün qeyd edilməsi ilə bağlı qanunu dəyişdirdi və 2018-ci ildən etibarən Müstəqillik Günü bütün Türkmənistanda 27 sentyabrda qeyd olunur.

Избранный
53
hafta.az

1Источники