RU

Əfqanıstanda ŞOK QƏRAR: Kişilərə arvadlarını döyməyə rəsmi İCAZƏ VERİLDİ

Əfqanıstanda kişilərə arvadlarını döyməyə rəsmi icazə verilib.

İnterpress.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Əfqanıstanda qüvvəyə minən yeni qaydalara əsasən, kişilərə öz həyat yoldaşlarına qarşı “tərbiyəvi” zorakılıq tətbiq etməyə rəsmi icazə verilib.

Bildirilir ki, əgər yetirilən xəsarətlər ağır hesab edilmirsə, ərlərin öz arvadlarına qarşı güc tətbiq etməsi qanuni sayılır.

Yeni qaydalara görə, qadınlara zorakılığa məruz qaldıqları təqdirdə müdafiə olunmaq üçün öz valideynlərinə müraciət etmək qadağan edilib.

Yalnız o halda ki, qadın döyülmə nəticəsində ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilsin, bu zaman onu döyən ərinə qarşı 15 sutkaya qədər həbs cəzası tətbiq oluna bilər.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
104
interpress.az

1Источники