RU

Beyləqanda güclü yanğın - Meşə massivini kül edib+Fotolar+Yenilənib

Beyləqanda genişmiqyaslı yanğın olub.

Xəbərə görə, küləkli hava şəraitində kolluq ərazidə başlayan yanğın rayonun Eyvazalılar Tatarlar kənd ərazisndə yerləşən meşə massivinə keçib.

Hadisə yerinə FHN-nin Beyləqan rayon yanğınsöndürən əməkdaşlarının bölüyünün avtomobilləri tam heyətlə hadisə yerinə cəlb edilib.

Məlumata görə, yanğının genişmiqyaslı olması səbəbindən ətraf rayonların yanğınsöndürən bölməsinin də cəlb olunması ilə bağlı taöşırıq verilib.

***

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, yanğın baş verən əraziyə polis əmədaşları da cəlb olunublar.

Bildirək ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Beyləqan rayonu, Birinci Şahsevən kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin  Beyləqan Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Əlavə məlumat veriləcək.





Избранный
20
ekologiya.az

1Источники