Yanvarın 2-nə keçən gecə Nərimanov rayonu ərazisində evlərin birindən 2000 manat dəyərində santexnik avadanlıqlarının oğurlanması barədə polisə məlumat daxil olub.
525.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri Hacırəhim Rəhimov və Valeh Əsgərov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.
Bizi Facebookda izləyin
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта