RU

AFFA mübahisəli epizod üçün UEFA-ya müraciət etdi, sonra qərarı açıqladı 

Azərbaycan Premyer Liqasının XX turu çərçivəsində keçirilən “Qəbələ” – “Sabah” matçında baş verən epizod geniş mübahisələrə səbəb olub. Belə ki, ev sahibi komandanın son dəqiqələrdə vurduğu qol VAR müdaxiləsinin ardından baş hakim Rauf Cabbarov tərəfindən ləğv edilib.

İdmanxeber.az həmin epizodla bağlı maraqlı məlumat əldə edib. Belə ki, AFFA mübahisəli epizodu matçın ardından UEFA-ya göndərib. Ali futbol qurumunda hakimlərə seminar keçən mütəxəssislərdən gələn cavabın ardından qolun ləğv edilməsinin doğru olduğu bildirilib.

Qərarda hücum futbolçusunun əllə oynamasının ardından epizodun dərhal qolla nəticələnməsi qaydalara zidd  adlandırılıb. Məhz UEFA-dan gələn bu cavabdan sonra Hakimlər Komitəsinin sədri Rəhim Həsənov “Qəbələ”nin qolunun ləğvinin doğru olduğunu açıqlayıb.

Xatırladaq ki, görüş “Sabah”ın 1:0 hesablı qələbəsilə başa çatıb.

Избранный
15
idmanxeber.az

1Источники