RU

Epşteyn işi ndə Ukrayna haqda inanılmaz faktlar üzə çıxdı

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Epşteyn işi”ndə Kiyevdən olan 400 qıza aid məktub tapılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumat ABŞ Ədliyyə Nazirliyinin açıqladığı sənədlərdə yazılıb.

“Amerikalı maliyyəçi Ceffri Epşteynin agentlərindən biri ona təxminən 400 ukraynalı qadın arasında seçim təklif edib və onların əsasən ucuz eskort olduqlarını bildirib.

10 oktyabr 2012-ci il tarixli, “Kiyev” başlığı ilə göndərilən elektron poçtda adı gizli saxlanılan şəxs Ukraynadakı model agentlikləri ilə əlaqəli bir qadından bəhs edir. Mesajda onun maliyyəçidən zəng gözlədiyi bildirilir”, – deyə bildirilib.

Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyi “Epşteyn işi” ilə bağlı 3 milyon səhifədən çox material yayımlayıb. Faylda maliyyəçinin cihazlarında tapılan böyük həcmdə kommersiya pornoqrafiyası da daxil olmaqla 2000-dən çox video və 180.000 şəkil var.

Xatırladaq ki, Epşteyn 2002-2005-ci illər arasında onlarla yetkinlik yaşına çatmayan qızı Nyu-Yorkdakı evinə və şəxsi adasına gətirməkdə ittiham olunurdu. Müstəntiqlərin sözlərinə görə, ən kiçiyi 14 yaşında idi. 2019-cu ilin avqust ayında maliyyəçi həbsxana kamerasında huşsuz vəziyyətdə tapıldı, onun intihar etdiyi ortaya çıxdı.

Əliyar Xəlil

Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
32
globalinfo.az

1Источники