RU

ABŞ üç günə Yaxın Şərqə 68 hərbi təyyarə yerləşdirdi-mümkün İran zərbəsi gündəmdə- ÖZƏL

ABŞ son üç gün ərzində Yaxın Şərqdə potensial hərbi əməliyyat zonasına yaxın ərazilərə 68 hərbi yük təyyarəsi göndərib. Olaylar.az xəbər verir ki, bu barədə Financial Times məlumat yayıb.
Məlumata görə, bölgəyə 39 yanacaq dolduran tanker təyyarə və 29 ağır hərbi nəqliyyat təyyarəsi, o cümlədən Boeing C-17 Globemaster III yerləşdirilib. ABŞ Hərbi Hava Qüvvələri həmçinin uzaqmənzilli radiolokasiya və idarəetmə təyyarəsi də göndərib.
Vaşinqtondakı Center for a New American Security mərkəzinin hərbi strategiya üzrə eksperti Bekki Vasser bildirib ki, ABŞ bölgədə uzunmüddətli hərbi kampaniya aparmaq üçün lazım olan qüvvəni formalaşdırıb və bu temp "boş təhdid deyil".
Daha əvvəl The Wall Street Journal yazmışdı ki, ABŞ İranı nüvə sazişi üzrə güzəştə məcbur etmək məqsədilə onun hərbi və hökumət obyektlərinə məhdud zərbə endirməyi nəzərdən keçirir. CBS isə əməliyyatın artıq 21 fevralda başlaya biləcəyini iddia edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
42
olaylar.az

1Источники