RU

Tramp Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı

ABŞ Prezidenti Donald Tramp Ukraynadakı işğalçı müharibəyə görə Rusiyaya tətbiq edilən bir sıra sanksiyaların müddətini bir il daha uzadıb.

Musavat.com xəbər verir ki, müvafiq sənəd ABŞ hökumətinin rəsmi sənədlər toplusu olan Federal Reyestrdə yerləşdirilib. Bu sanksiyalar 2022-ci ilin fevral ayında prezident Co Bayden administrasiyası, 2018-ci ilin sentyabrında (birinci müddətində) Tramp administrasiyası və 2014-cü ilin mart və dekabr aylarında prezident Barak Obama administrasiyası tərəfindən Krımın işğalına görəı Rusiyaya qarşı tətbiq edilən məhdudiyyətlərə aiddir. Sənəddə vurğulandığı kimi, Tramp hesab edir ki, bütün bu məhdudlaşdırıcı tədbirlər "6 mart 2026-cı ildən sonra da qüvvədə qalmalıdır".

Vaşinqton administrasiyasının rəhbəri bildirib ki, "bu sərəncamlarda nəzərdə tutulan hərəkətlər və siyasətlər ABŞ-ın milli təhlükəsizlik maraqlarına və xarici siyasətinə qeyri-adi və fövqəladə təhlükə yaratmaqda davam edir": "Buna görə də, 13660 saylı İcra Fərmanı ilə elan edilmiş fövqəladə sanksiyalar vəziyyətini bir il müddətinə uzadıram".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
43
olaylar.az

1Источники