Kayseridə məscidə partlayıcı atan 15 yaşlı yeniyetmə saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Türkiyənin Kayseri şəhərində ibadət vaxtı qorxulu anlar yaşanıb. Məlumata görə, 15 yaşlı yeniyetmə namaz qılındığı əsnada məscidə partlayıcı atıb.
Hadisəni törədən şəxs dərhal hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq polis bölməsinə aparılıb.
Hazırda yeniyetmənin bu cinayəti hansı məqsədlə törətdiyi və hadisənin təfərrüatları araşdırılır.
Məsciddə olan şəxslər arasında xəsarət alanlar barədə məlumatlar dəqiqləşdirilir.
Xuraman Etibarlı
İnterpress.az