RU

Bu qidaları soyuducuda saxlamayın

Bəzi qidaların soyuducuda saxlanması onların dadına və keyfiyyətinə mənfi təsir göstərə bilər.

 

Pravda.az xatırladır ki, bir sıra məhsullar otaq temperaturunda və quru mühitdə saxlanıldıqda daha uzunömürlü və faydalı olur.

 

Banan aşağı temperaturda tez qaralır və dad keyfiyyətini itirir. Bu səbəbdən onun 20 dərəcədən aşağı olmayan şəraitdə saxlanması tövsiyə edilir.

 

Zeytun yağı soyuducuda qatılaşaraq öz təbii quruluşunu dəyişə və dadında fərq yarada bilər. Mütəxəssislər məhsulun qaranlıq və sərin yerdə saxlanmasını məsləhət görürlər.

 

Şokolad isə soyuq mühitdə səthində ağ ləkələr əmələ gətirə bilər. Bu hal məhsulun xarici görünüşünü və teksturasını pozur. Optimal saxlanma temperaturu 15–20 dərəcə hesab olunur.

 

Eyni zamanda, bal soyuducuda daha tez kristallaşır. Onu otaq temperaturunda, quru və günəş şüasından uzaq mühitdə saxlamaq daha məqsədəuyğundur.

 

Soğan və kartof da soyuducuda saxlanmamalıdır. Soğan rütubətli mühitdə tez xarab olur, kartof isə soyuq temperaturda nişastasını şəkərə çevirərək dadını dəyişir.

 

Əminə Bayramova

Tarix: 20 Fevral 2026, 17:22   
Избранный
3
pravda.az

1Источники