ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.
Bakının Nizami rayonunda 1969-cu il təvəllüdlü Həsən Natiq İsmayılova xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, Həsən Natiq adlı şəxsin yüksək səslə danışmasını bəhanə edib və heç bir əsaslı səbəb olmadan ictimai yer olan yolun kənarında mübahisə yaradıb.
O, əli ilə Natiq İsmayılovun sifət nahiyəsinə vuraraq onun sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib. Həsənin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Həsən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, təxminən 2 ilə yaxındır özünə məxsus “Opel Astra” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur: “Mütəmadi olaraq “Qul bazarı” adlanan ərazidə dayandım və müştəri olan zaman usta kimi də fəaliyyət göstərirəm. Hadisə günü, təxminən saat 16:20-də avtomobilinin yanında dayanan zaman bir nəfər şəxsin “Qul bazan” adlanan yerdə dayandığını gördüm. Bundan sonra əvvəldən tanıdığım Natiqi səsləyərək nə iş olmasını soruşduç. Təxminən 1 dəqiqə sonra Natiq yanıma gələrək nalayiq ifadələr işlətdi, nə səbəbdən səs etdiyimi bildirdi. Natiq nalayiq ifadə işlətməsindən sonra bir dəfə şillə ilə onun sifət nahiyəsinə vurdum. Natiqi vurduqdan sonra getdim, Mübahisə təxminən 5 dəqiqə ərzində davam etdi. Mübahisə zamanı ətrafdan keçən tanımadığım şəxslər olduğum üçün hadisəyə şahid olublar”.Nizami Rayon Məhkəməsinin hökmü ilə Həsən hər ay qazancından dövlət nəfinə 10 faiz məbləğində pul tutulmaqla 6 (ay müddətinə islah işləri cəzası təyin edilib. Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.