RU

Azərbaycanda "kupça" almaq neçəyə başa gəlir?

Mənzil üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə elektron çıxarışın (kupçanın) verilməsi üçün dövlət rüsumunun məbləği 50 manat təşkil edir.

Publika.az Milli.az-a istinadən xəbər verir ki, çıxarışın hazırlanma müddətindən asılı olaraq əlavə xidmət haqları tətbiq olunur.

Belə ki, sənəd 10 iş gününə təqdim edildikdə 36 manat, 7 iş gününə 54 manat, 3 iş gününə 72 manat, 1 iş gününə hazırlandıqda isə 108 manat ödəniş tələb edilir.

Избранный
29
5
publika.az

6Источники