RU

Avropa ödəniş sistemlərində yenilik edir

Avropa ABŞ-nin ödəniş sistemlərindən asılılığını azaltmaq və təhlükəsiz ödəniş infrastrukturu yaratmaq üçün yeni təşəbbüslər irəli sürüb. Metbuat.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp yenidən hakimiyyətə gələndən bəri ən yaxın müttəfiqləri olan Avropa Birliyi ölkələri və Böyük Britaniya ilə diplomatik, müdafiə və ticarət münasibətləri gərginləşib. Məlumata görə, Trampın Avropadan müdafiə xərclərini və məsuliyyətini artırmaq tələbləri, diplomatik təhdidləri, xüsusən də Danimarkaya məxsus Qrenlandiyanın ilhaqı ilə bağlı bu ölkələrin tariflərlə təhdid edilməsi transatlantik münasibətlərə zərər verib.

Qeyd edək ki, Avropada mövcud kart və mobil ödənişlərin böyük hissəsi “Visa”, “Mastercard”, “PayPal” və ya “Alipay” kimi xarici sistemlər vasitəsilə emal olunur.

Избранный
18
metbuat.az

1Источники