“Qarabağ”dan ABŞ-nin “Kolumbus Kru” klubuna transfer olunan Nəriman Axundzadə yeni klubuna hələ də qoşulmayıb. Bəs proses niyə gecikir?
Offsideplus.az xəbər verir ki, Sağlam Radio 93FM-də yayımlanan “Offside” verilişində aparıcı Ceyhun Rzayev Nəriman Axundzadənin son durumu barədə məlumat verib:
“Nəriman Bakıdadır. ABŞ səfirliyinə müraciət olunub, vizanı gözləyir. Prosedurun tamamlanması üçün müəyyən vaxt lazımdır. Çox uzun çəkməz. Hələlik Bakıdadır, “Qarabağ”ın bazasındadır. Onun üçün hər cür şərait yaradılıb, məşqlər edir”.
DOĞRU.AZ