RU

ABŞ Serbiyanın NIS şirkətinin lisenziyasının müddətini martın 20-nə kimi uzadıb

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Maliyyə Nazirliyi Serbiyanın NIS neft şirkətinə martın 20-nə kimi fəaliyyətini bərpa etməyə imkan verən xüsusi lisenziya təqdim edib.

"Far.Az"un Balkan bürosu xəbər verir ki, bu barədə neft şirkəti məlumat yayıb.

Bildirilib ki, sözügedən lisenziya NIS-nin və onun törəmə şirkətlərinin fəaliyyətini, mövcud müqavilə və digər razılaşmalarını davam etdirməsinə, o cümlədən neft emalı zavodunun işinin yenidən başlamasına, xam neft idxalına, habelə təchizat təhlükəsizliyi və texniki xidmət baxımından zəruri olan maliyyə və kommersiya əməliyyatlarının həyata keçirilməsinə hüquqi əsas yaradır.

Bununla yanaşı, neft şirkətinə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən də martın 24-dək qüvvədə olacaq əlavə lisenziya verilib.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ Maliyyə Nazirliyi Rusiyanın enerji sənayesinə qarşı tətbiq etdiyi sanksiyalar siyahısına NIS-i də daxil etmişdi. Buna səbəb şirkətin nəzarət səhm paketinin Rusiyanın "Gazprom Neft" şirkətinə məxsus olması idi.

Daha əvvəl NIS və Macarıstanın MOL şirkəti ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinə (OFAC) sanksiyaların dayandırılması barədə müraciət edib.

Избранный
18
far.az

1Источники