Lənkəran şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
NOCOMMENT.az -ın Cənub bürosunun verdiyi məlumata görə, qəza köhnə Ələt–Astara magistralının 205-ci kilometrliyində, rayonun Gərmətük qəsəbəsi ərazisində qeydə alınıb. Hərəkətdə olan “VAZ-21099” markalı avtomobil “Mercedes-Vito” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Toqquşmadan sonra “Mercedes-Vito” idarəetməni itirərək yol kənarında hərəkətsiz vəziyyətdə dayanan, özəl klinikaya məxsus təcili tibbi yardım avtomobilinə çırpılıb.
Hadisə nəticəsində Gərmətük qəsəbə sakinləri – 1995-ci il təvəllüdlü Ruslan Möhübbət oğlu Məmmədzadə və 1997-ci il təvəllüdlü Elşən Fail oğlu İbadzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanası-nın Təcili yardım şöbəsinə hospitalizasiya olunublar. Onlara ilkin tibbi yardım göstərilib, hazırda müalicələri müvafiq şöbədə davam etdirilir.
Qeyd edək ki, qəzada əzilən təcili tibbi yardım avtomobili 20 fevral 2026-cı il tarixində açılışı olan özəl klinikalardan birinə məxsusdur.
Faktla bağlı araşdırma aparılır.

Turab
NOCOMMENT.az