Ermənistanın hüquq-mühafizə orqanları İrəvanda təqribən 40 ünvanda genişmiqyaslı axtarışlar aparır.
Ölkə.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Məlumata əsasən, DİN-in əməkdaşları İstintaq Komitəsi ilə birgə fevralın 18-də İrəvanda baş vermiş qətl, qətlə cəhd, xuliqanlıq və qanunsuz silah dövriyyəsi faktları ilə bağlı başlanmış cinayət işi üzrə ilkin istintaq çərçivəsində tədbirlər həyata keçirirlər.
Fevralın 18-də İrəvanda atışma nəticəsində bir nəfər həlak olub, doqquz nəfər yaralanıb.(publika)