RU

Ağ Ev: ABŞ Ali Məhkəmənin qərarından sonra bəzi tarifləri ləğv edir

ABŞ Ali Məhkəmənin müvafiq qərarından sonra bəzi gömrük rüsumlarının qüvvəsini ləğv edib.

“İki sahil” xəbər verir ki, bu barədə Ağ Evin saytında yerləşdirilən bəyanatda deyilir.

Sənəddən məlum olur ki, fövqəladə vəziyyət haqqında qanun bəhanəsi ilə tətbiq edilən rüsumların qüvvəsi dayandırılır. Söhbət xüsusilə ABŞ-ın 2025-ci ilin aprelində 185 ölkə və ərazidən gələn məhsullara tətbiq etdiyi rüsumlardan gedir. Bundan əlavə, qeyri-qanuni miqrasiya və narkotik qaçaqmalçılığı ilə mübarizə bəhanəsi ilə Çin, Meksika və Kanadaya, habelə Venesueladan neft və ya qaz alan ölkələrə qarşı tətbiq edilən rüsumlar ləğv olunur. Həmçinin Hindistanın Rusiya neftini alması ilə əlaqədar 2025-ci ilin avqustunda ona qarşı tətbiq edilmiş 25 %-lik əlavə rüsumlar haqqında fərmanın qüvvəsi də dayandırılıb. Bu rüsumların tətbiqi fevralın 7-də dayandırılmışdı. Kubadan neft tədarük edən dövlətlərə, eləcə də İrandan mal və ya xidmət idxal edən ölkələrə qarşı rüsumların tətbiqini nəzərdə tutan fərmanlar da ləğv edilib.

Sənəddə qeyd olunur ki, müvafiq fərmanlar "artıq qüvvədə olmamalıdır", onlarda nəzərdə tutulan rüsumların yığılması isə "mümkün qədər tez dayandırılmalıdır".

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp bütün ölkələrdən gələn idxala 10 %-lik rüsumların tətbiqini nəzərdə tutan fərman imzaladığını bəyan edib. Həmin rüsumlar fevralın 24-də qüvvəyə minəcək və 150 gün ərzində qüvvədə olacaq.

Избранный
21
5
ikisahil.az

6Источники