RU

GÜNÜN HAVASI: Fevralın 21-də 21 dərəcə isti...

Fevralın 21-də gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
 

Havanın temperaturu gecə 4-7° isti, gündüz 14-18° isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunudan 766 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 65-70 % təşkil edəcək.


Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7° isti, gündüz 16-21° isti, dağlarda gecə 0-4° isti, gündüz 10-15° isti olacaq.

Избранный
9
49
news365.az

10Источники