RU

“​Metbuat.az” 9 yaşında!

Bu gün Metbuat.az xəbər saytının fəaliyyətə başlamasından 9 il ötür.2017-ci il 21 fevral tarixində fəaliyyətə başlayan “Metbuat.az” ötən 9 il ərzində operativliyi və etibarlılığı əsas prinsip kimi qəbul edərək geniş oxucu auditoriyasını formalaşdırıb. Qısa müddətdə öz dəst-xətti ilə seçilən sayt bu gün aparıcı onlayn media platformalarından biridir. Metbuat.az” ölkə və dünya gündəmini əhatə edən xəbərlərlə yanaşı, analitik məqalələr, müsahibələr, reportajlar və ekspert rəyləri təqdim edir. Portal həm veb-sayt, həm də bütün sosial media platformalarında geniş auditoriya tərəfindən izlənilir.Media Reyestrindən ilk qeydiyyatdan keçən media subyektlərindən biri olan “Metbuat.az” Mətbuat Şurasının üzvü və Medianın İnkişafı Agentliyinin keçirdiyi müsabiqələrin qalibidir.

Metbuat.az” kollektivi olaraq 9 illik fəaliyyətimiz ərzində bizi izləyən və dəstəkləyən hər kəsə təşəkkür edirik. Qarşıdakı illərdə də oxucularımıza ən operativ, dəqiq və etibarlı xəbərləri çatdırmaq üçün eyni əzmlə çalışacağıq!

Избранный
20
2
metbuat.az

4Источники