RU

Azərbaycanın U-18 millisi Belarusla üz-üzə

Bu gün Azərbaycanın 18 yaşadək futbolçulardan ibarət millisi Beynəlxalq İnkişaf Turnirində üçüncü oyuna çıxacaq.

Fanat.Az xəbər verir ki, B qrupunda yer alan milli Belarusun uyğun yaş qrupundan ibarət yığması ilə üz-üzə gələcək.

Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydanında keçiriləcək görüş Bakı vaxtı ilə saat 16:40-də başlayacaq.

Qeyd edək ki, U-18 daha əvvəl keçirdiyi matçlarda Rusiya (1:7) və Özbəkistana (1:3) məğlub olub.

Избранный
11
1
fanat.az

2Источники