RU

Qanuni oğru ların oğulları qaçırıldı, 10 milyon tələb olunur

Lent az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ukraynalı “qanuni oğrular”ın oğulları İndoneziyanın Bali adasında naməlum şəxslər tərəfindən oğurlanıb və onlardan biri üçün 10 milyon dollar məbləğində fidyə tələb olunur.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, söhbət ukraynalı kriminal avtoritetlərin oğulları Yermak Petrovski və İqor Komarovskidən gedir. Məlumata görə, oğurluqda guya Çeçenistandan olan naməlum şəxslər iştirak edib. Petrovski qaçmağa müvəffəq olub, Komarovski isə girov olaraq qalır.

Məlumatda bildirilir ki, girov saxlanılan Komarovskiyə bədən xəsarətləri yetirilib və onun valideynlərindən 10 milyon dollar ödənilməsi tələb edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
24
lent.az

1Источники