RU

Gəncədə qəza - Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub.

Qəza zamanı 1973-cü il təvəllüdlü M.Hüseynov, 1990-cı il təvəllüdlü P.Əhmədov, 1991-ci il təvəllüdlü S.Cəfərov xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdiriliblər. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Избранный
11
50
unikal.az

10Источники