RU

"Fernandeş Premyer Liqanın ən yaxşı futbolçularındandır”

Portuqaliya millisinin və "Mançester Yunayted"in müdafiəçisi Dioqo Dalot həmyerlisi və komanda yoldaşı Bruno Fernandeş haqqında fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "Daily Mail" futbolçunun dediklərini belə çatdırıb.

“Bruno İngiltərə çempionatının ən yaxşı futbolçularından biridir. Bu, şübhəsiz bir faktdır. Kiminsə bununla razılaşmaması onların seçimidir”.

Cari mövsümdə Fernandeş Premyer Liqada 23 oyunda iştirak edib, 6 qol vurub və 12 məhsuldar ötürmə ilə yadda qalıb. 31 yaşlı portuqaliyalı futbolçunun çıxış etdiyi "Mançester Yunayted" hazırda 45 xalla turnir cədvəlində dördüncü pillədə qərarlaşıb.

 

Избранный
15
90deqiqe.az

1Источники