Xalq artisti Aygün Kazımova “Epşteyn” olayından danışıb və öz fikirlərini bölüşüb.
Kult.az xəbər verir ki, xalq artisti “tam ayıldığımızı”, “karma elmində” heç nəyin gizli qalmadığını, “iki qüvvənin savaşının ömür boyu getdiyini” vurğulayıb.
A.Kazımova “tam ayıldığımız” deyərkən nəyi nəzərdə tutduğunu, ömür boyu savaşan “iki qüvvənin” nə olduğunu və yeni “karma elmi” haqda ətraflı məlumat verməyib.
Buna baxmayaraq, bu şeyləri bilib-ayılandan sonra bəzi məsələlərə diqqət etməli olduğumuzu vurğulayıb:
“Qidamıza, övladlarımıza, dinlədiyimiz musiqilərə, baxdığımız filmlərə, dinlədiyimiz musiqinin sözlərinə çox diqqət etməliyik. Kimin konsertinə gedirik, ekranda nələr göstərilir, şüuraltı bizə nə mesajlar göndərilir, əgər ayılmışıqsa, bunlara biganə qalmamalıyıq”.
Yazar Aysel Əlizadə isə Aygün Kazımovanın sözügedən açıqlamasının videosunu xalq artistinin ifa etdiyi “Abrakadabra” mahnısının sözləri ilə birgə paylaşıb. A.Əlizadə heç bir şərh vermədən paylaşımına yalnız bunu yazıb: “Və Aygün xanımın ifa etdiyi mahnının sözləri”.
Aygün Kazımovanın “Abrakadabra” mahnısının sözləri:
Gəlmişəm Yerə mən Aydan
Musiqiyə çox faydam
Hər sətir yeni bir nota
Gətirmişəm yeni moda
Mən sizə vermişəm fora
Öz zəhərini udacaq kobra
Ağ-qara danışacaq zebra
Çünki, möcüzəyəm bu janra
Abrakadabra, abra-abrakadabra
Abrakadabra, abra-abra, gəl bura
Abrakadabra
Abrakadabra
Şəklimi çəkə-çəkə hərdən
Qaça-qaça paparazilərdən
Gözlərimdə parıldayır Gucci
Gözələm necə Belucci
Tərzimi kopyala, oğurla
Bədənini də kəs, doğra
Məni həkimlər gözəlləşdirir
Səni dəyişdirib salır abra
Abrakadabra, abra-abrakadabra
Abrakadabra, abra-abra, gəl bura
Abrakadabra, abra-abrakadabra
Abrakadabra, abra, abra, gəl bura
Abrakadabra
Abrakadabra
Abrakadabra
Həm səbəb, həm nəticə, hər addımda karma
Sən mən ola bilmərsən, çox özünü yorma
Bu status, bu obraz, bu cazibədar forma
Sevimliyəm, sehrliyəm, güvənirəm şarma
Abrakadabra, abra-abrakadabra
Abrakadabra, abra-abra, gəl bura
Abrakadabra, abra-abrakadabra
Abrakadabra, abra, abra, gəl bura
Abrakadabra
Abrakadabra
(Abrakadabra)
Qeyd edək ki, manhının sözləri Orxan Qarabasmanındır.