2026-cı il martın 1-dən Gürcüstanda xarici vətəndaşların iş fəaliyyəti ilə bağlı yeni qaydalar qüvvəyə minir.
NOCOMMENT.az xəbər verir ki, hökumət onların ölkədə çalışması prosedurunu tamamilə yeniləyir.
Yeni tələblərə görə, miqrantlar işləmək üçün xüsusi icazə almalıdırlar. Bu icazə iş əsasında yaşayış icazəsi əldə etmək üçün əsas sənəd olacaq.
Eyni zamanda bir sıra sahələrdə qadağalar tətbiq olunur.
Xaricilərə kuryerlik, sərnişindaşıma (o cümlədən taksi xidməti) və tur bələdçiliyi fəaliyyəti ilə məşğul olmaq qadağan edilir.
Məhdudiyyətlər həm muzdlu əmək fəaliyyətinə, həm də sahibkarlığa şamil olunur.
Yalnız bələdçilər (o cümlədən xizək bələdçiləri) üçün istisna nəzərdə tutulub. 2026-cı ildə onların sayı 200 nəfərlə məhdudlaşdırılacaq.
Sara
NOCOMMENT.az