Misli Premyer Liqasının XXI turunda "Araz-Naxçıvan" səfərdə "Karvan Yevlax"la üz-üzə gəlib.
Sportinfo.az xəbər verir ki, Yevlax şəhər stadionunda baş tutan oyun qonaqların 2:0 hesablı qələbəsi ilə bitib.
Naxçıvan kollektivinin heyətində Felipe Santos 32 və 51-ci dəqiqədə fərqlənməklə dubl edib. Braziliyalı futbolçu ikinci qolu penaltidən vurub.
Bununla da komanda Andrey Demçenkonun rəhbərliyi altında ardıcıl ikinci qalibiyyətini əldə edib.
"Araz-Naxçıvan"33 xalla turnir cədvəlinin beşinci sırasına yüksəlib. Sonuncu olan "Karvan-Yevlax" isə 6 xalla on ikinci pillədə yer alıb.