AZ

Braziliyalı rayonda stadiona gələnlərə tək aktyorun “tamaşa”sınıgöstərdi - VİDEO

Misli Premyer Liqasının XXI turunda "Araz-Naxçıvan" səfərdə "Karvan Yevlax"la üz-üzə gəlib.

Sportinfo.az xəbər verir ki, Yevlax şəhər stadionunda baş tutan oyun qonaqların 2:0 hesablı qələbəsi ilə bitib.

Naxçıvan kollektivinin heyətində Felipe Santos 32 və 51-ci dəqiqədə fərqlənməklə dubl edib. Braziliyalı futbolçu ikinci qolu penaltidən vurub.

Bununla da komanda Andrey Demçenkonun rəhbərliyi altında ardıcıl ikinci qalibiyyətini əldə edib.

"Araz-Naxçıvan"33 xalla turnir cədvəlinin beşinci sırasına yüksəlib. Sonuncu olan "Karvan-Yevlax" isə 6 xalla on ikinci pillədə yer alıb.

Seçilən
7
sportinfo.az

1Mənbələr