RU

Zelenski və NATO-nun baş katibi Rusiya ilə gözlənilən danışıqlara hazırlığı müzakirə etdilər

Bakı. Trend:

Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun baş katibi MarkRütte ilə telefon danışığı aparıb.

Trend xəbər verir ki,Zelenski bu barədə öz teleqram kanalında paylaşım edib.

Ukrayna lideri bildirib ki, diplomatik fəaliyyətin bütün əsasistiqamətləri üzrə mövqelər uzlaşdırılıb və bir çox məsələlərdəMark Rütte ilə baxışlarının üst-üstə düşməsindən məmnunluqduyur.

Zelenski həmçinin Rütteni ABŞ və Rusiya ilə planlaşdırılannövbəti üçtərəfli danışıqlar mərhələsinə hazırlıq prosesi, eləcə dətərəflərin mövqeləri barədə məlumatlandırdığını qeyd edib.

Onun sözlərinə görə, telefon danışığında Ukraynada energetikasektorundakı vəziyyət də diqqət mərkəzində olub: “Energetikasahəsində mövcud vəziyyəti və PURL proqramı çərçivəsində gələcəkfəaliyyətin vacibliyini müzakirə etdik. PURL vasitəsilə müdafiəmizəsərmayə yatıran bütün Avropa ölkələrinə təşəkkür edirəm. Mark,dəstəyə görə minnətdaram”.

Избранный
16
az.trend.az

1Источники