RU

Rumıniya yığmasında Luçeskunun aqibəti bəlli oldu

Footbal-plus portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Gələn ay DÇ-2026-nın pley-offunda səfərdə Türkiyəyə qarşı çox mühüm bir oyuna çıxacaq Rumıniya yığmasında baş məşqçi mövzusu ətrafında yaşanan qeyri-müəyyənliyə son qoyulub. Xatırladaq ki, rumınların 80 yaşlı çalışdırıcısı Mirça Luçesku son vaxtlar səhhəti ilə bağlı problemlər yaşayırdı. O, son olaraq yenidən müayinə olunmaq üçün Brüsselə yollanmışdı. Hətta Luçeskunun yerinə bu vəzifəyə Mihai Stoykitsenin gətiriləcəyi iddia edilmişdi. Amma təcrübəli mütəxəssis Belçikanın paytaxtından qayıtdıqdan dərhal sonra Rumıniya Futbol Federasiyasının rəsmiləri ilə görüş keçirib və qətiyyətli şəkildə səhhətinin onun işinə mane olmadığını bildirib. Federasiya da rəsmi bəyanat yayaraq Luçeskunun işinə davam edəcəyini açıqlayıb. Ünlü mütəxəssis özü də açıqlama verərək bunları deyib:

''Bu gündən etibarən yeganə önəmli şey komandanın pley-off matçlarına hazırlığıdı. Həm köməkçilərim, həm də futbolçularla hər zaman ünsiyyətdəyəm. Dəyərli futbolçulardan qurulan komandamız var və qarşıdakı oyunlara ən yaxşı şəkildə hazırlaşacağımıza əminəm. Futbolçular istedadlarının fərqindədi və xalqımızı sevindirmək üçün əllərindən gələni edəcəklər. Bu işi birlikdə bacaracağımıza əminəm. İndi isə Rumıniya futbolu üçün mühüm əhəmiyyət kəsb edən bu matçlara düzgün atmosferdə hazırlaşmalıyıq''.

Qeyd edək ki, martın 26-da ''Beşiktaş''ın ev oyunlarını keçirdiyi ''Tüpraş Stadionu''nda baş tutacaq Türkiyə - Rumıniya duelinin qalibi həlledici görüşdə Slovakiya - Kosovo cütünün qalibi ilə qarşılaşacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
8
1
icma.az

2Источники