RU

Səhərlər oyadır, axşamlar isə yuxu gətirir Hər evdə var

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Günün müxtəlif vaxtlarında içilən isti suyun orqanizmə təsiri çoxlarının təsəvvür etdiyindən daha böyükdür. Xüsusilə səhər yuxudan oyanan kimi və gecə yatmazdan əvvəl qəbul edilən suyun həzm sistemindən tutmuş yuxu rejiminə qədər bir çox prosesə müsbət təsir etdiyi bildirilir. Həkimlərin fikrincə, bu sadə vərdiş bədənin daxili saatını tənzimləməyə kömək edir.Demokrat.az xəbər verir ki, səhərə isti su ilə başlamaq həzm sistemini yumşaq şəkildə oyadır. Gecə boyu ləngiyən bağırsaq hərəkətləri bir stəkan ilıq su ilə yenidən aktivləşir. Bu üsul maddələr mübadiləsinin günə daha balanslı başlamasına şərait yaradır. Soyuq içkilərdən fərqli olaraq, isti su bədəni stresə salmadan həzm prosesini asanlaşdırır və gecə yaranan ödemlərin azalmasına kömək edir.Səhər saatlarında qəhvədən əvvəl içilən isti su sinir sistemi üzərində sakitləşdirici təsirə malikdir. Bu, stres hormonlarının ani artımının qarşısını alaraq günə daha gümrah başlamağa imkan verir. Günün sonunda qəbul edilən su isə bədəni dincəlmə rejiminə keçirir. Xüsusilə ürək döyüntülərinin yavaşlamasına və əzələlərin boşalmasına kömək edərək bədəni yuxuya hazırlayır.Axşam yeməyindən sonra yaranan həzm çətinliyi və ya şişkinlik hissi də ilıq su ilə yüngülləşə bilər. İsti su mədə əzələlərini rahatladaraq həzmi sürətləndirir. Bədən temperaturundakı cüzi dəyişikliklər melatonin hormonunun ifrazını dəstəkləyir ki, bu da yuxu keyfiyyətini artırır.Suyun qaynar yox, içilə biləcək dərəcədə isti olması tövsiyyə edilir. Səhərlər dişləri təmizlədikdən sonra, axşamlar isə yatmazdan yarım saat əvvəl bir stəkan içmək kifayət edir. Zövqə görə suya limon, təzə zəncəfil və ya razyana kimi təbii dadlar da əlavə oluna bilər.İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
40
demokrat.az

1Источники