RU

"Milan-Kortina-2026" Olimpiadasına möhtəşəm vida

İtaliyanın Milan və Kortina d'Ampetso şəhərlərinin ev sahibliyi etdiyi 2026-cı il Qış Olimpiya Oyunlarına bu gün yekun vurulur.

İdman.Biz xəbər verir ki, yarışın təntənəli bağlanış mərasimi Verondakı məşhur "Arena di Verona" stadionunda təşkil olunacaq. Bağlanış mərasimi Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.

Bağlanışdan öncə isə hokkey, xizək yürüşü, bobsley və kerlinq üzrə son final görüşləri keçiriləcək.

Ölkəmiz bu mötəbər yarışda iki idmançı ilə təmsil olunub. 18 yaşlı idmançımız Anastasiya Papatoma slalom növündə çıxış edərək ilk enişini 59-cu sırada tamamlayıb. İkinci mərhələnin nəticələrinə görə o, ümumilikdə 95 iştirakçı arasında 51-ci pillədə qərarlaşaraq olimpiadanı başa vurub.

Təcrübəli idmançımız Vladimir Litvintsev isə qısa proqramda 63.63 xal toplayaraq 29 iştirakçı arasında sonuncu yerdə qərarlaşıb. Bu nəticə ilə o, sərbəst proqram mərhələsinə keçə bilməyərək mübarizəni dayandırıb.

Qeyd edək ki, Norveç medal sıralamasında birinci pillədədir. Komanda indiyədək 40 (18 qızıl, 11 gümüş, 11 bürünc) mükafat qazanıb. ABŞ (11 qızıl, 12 gümüş, 9 bürünc) ikinci, Niderland (10 qızıl, 7 gümüş, 3 bürünc) üçüncü, ev sahibi İtaliya isə (10 qızıl, 6 gümüş, 14 bürünc) dördüncüdür.

İdman.Biz
Избранный
16
1
idman.biz

2Источники