RU

Elvin Cəfərquliyev “Neftçi”yə keçir?

Elvin Cəfərquliyev yay transfer pəncərəsində “Neftçi” forması geyinməyə yaxındır.

Forvard.az-ın əldə etdiyi məlumata görə, tərəflər arasında ilkin razılaşma artıq əldə olunub. Hazırda “Qarabağ”-ın şərəfini qoruyan sol cinah müdafiəçisinin yayda “ağ-qaralar”a qoşulacağı gözlənilir. Transfer prosesində “Neftçi”nin kapitanı Emin Mahmudovun da müəyyən rol oynadığı bildirilir. 

Məlumata görə, Mahmudovun futbolçu ilə söhbəti və tövsiyəsi keçidin reallaşmasına müsbət təsir göstərib. Tərəflər arasında müqavilənin detalları ilə bağlı danışıqların son mərhələdə olduğu, rəsmi açıqlamanın isə mövsüm başa çatdıqdan sonra veriləcəyi gözlənilir. 

Qeyd edək ki, Elvin Cəfərquliyev 2020-ci ildən “Qarabağ”da çıxış edir. O, bu müddət ərzində bütün turnirlər daxil olmaqla 158 oyuna çıxıb və 11 qol vurub. Müdafiəçi komandanın son illərdə qazandığı çempionluqlarda və avrokubok uğurlarında əsas fiqurlardan biri olub.

Избранный
8
50
hit.az

10Источники