RU

Rusiyada yolda gəzən bəbir hamını heyrətləndirdi

Rusiyada nadir vəhşi heyvan növü qeydə alınıb.

Publika.az 360.tv-yə istinadən xəbər verir ki, sürücü Primoryedəki magistral yolla maşın sürərkən Amur bəbirini görüb.

Hadisə yerindən çəkilmiş görüntülərdə heyvanın arxada gələn avtomobilə reaksiya verməməsi diqqət çəkib. Onun yalnız səs-küylü magistral yolda yavaş-yavaş yeriməsi də müzakirə olunur. Amma kadrlarda heyvanın bir anda sürətlənərək yoldan çıxması kolların arasında yoxa çıxması da əks olunub.

Telekanalın məlumatına görə, bu növ bəbirlər heyvan nəsli kəsilməkdə olan heyvanlar siyahısına daxil edilib: "Çox güman ki, bu, özünün nəzarətdə saxladığı ərazini axtaran gənc bir vəhşi pişikdir".

Tural

Избранный
31
publika.az

1Источники