RU

Putin və Zelenksi görüşəcək

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüş tezliklə baş tuta bilər.

“Cebheinfo.az” xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff “Fox News”-a verdiyi müsahibədə bildirib. 

O, həmçinin ABŞ Prezidenti Donald Trampın iştirakı ilə üçtərəfli sammitin keçirilməsini də istisna etməyib.

Vitkoffun sözlərinə görə, ərazi mübahisələri səbəbindən müharibə davam edir və tərəflər hələ də ortaq məxrəcə gələ bilmirlər.

"Cared Kuşner və mən ümid edirik ki, təkliflərimiz növbəti üç həftə ərzində tərəfləri bir araya gətirəcək və ehtimal ki, Zelenski ilə Putin arasında sammit olacaq. Bu, həmçinin Prezident Trampla üçtərəfli görüş ola bilər", - deyə o qeyd edib. 

Vitkoff vurğulayıb ki, Tramp yalnız nəticə əldə etmək üçün real şans gördüyü təqdirdə görüşə razı olacaq:

"Onun bunu etmək üçün unikal qabiliyyəti var. Ümid edirəm ki, yaxın həftələrdə yaxşı xəbərlər eşidəcəksiniz".

Избранный
23
cebheinfo.az

1Источники