RU

Selcan Mahsudova: "Dünya Kubokunda medal qazanmaq motivasiyamı artıracaq"

Bakıda keçirilən Dünya Kubokunda medal qazanmaq Azərbaycan gimnastı Selcan Mahsudovanın motivasiyasını artıracaq.

"Far.Az" xəbər verir ki, 22 yaşlı idmançı bu barədə jurnalistlərə açıqlamasında bildirib.

Batutçu mükafatçılar sırasına düşdüyü üçün sevindiyini söyləyib:

"Dünənki nəticədən daha yaxşısına nail oldum və şəxsi rekordumu yenilədim. Bu medal gələcəkdəki yarışlara müsbət təsir edəcək, mənə əlavə stimul verəcək və motivasiyam artacaq. Niderlanddakı Dünya Kubokuna da qatılacağam. Orada daha yaxşı çıxış etməyə çalışacağam".

O, beşinci yeri tutan qardaşı Maqsud Mahsudovdan medal gözlədiyini söyləyib:

"Hamımız onun güclü idmançı olduğunu bilirik. Məşqlərdə yaxşı idi. Amma yarışda alınmadı. 19 yaşı var. Gələcəkdə yaxşı nəticələr əldə edəcək. Bu gün də çıxışları davam edəcək".

Mahsudova builki Avropa çempionatında medal qazanacağına inandığını deyib:

"Daha əvvəl Avropa çempionatlarında maraqlı nəticələrim olub. Müxtəlif vaxtlarda altıncı, beşinci və dördüncü yeri tutmuşam. Bu dəfə medal qazanacağıma inanıram".

Избранный
18
1
far.az

2Источники