Fanat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Bu gün Misli Premyer Liqasında XXI tura yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, turun sonuncu oyun günündə iki qarşılaşma baş tutacaq.
"İmişli" ev oyununda "Şamaxı"nı qəbul edəcək. "Kəpəz" isə səfərdə "Sabah"ın qonağı olacaq.
Qeyd edək ki, turun "Neftçi" - "Qarabağ" oyunu qeyri-müəyyən vaxta təxirə salınıb. Baş tutan görüşlərdə isə "Turan Tovuz" "Zirə"ni (2:0), "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı (2:0) üstələyib, "Sumqayıt" ilə "Qəbələ" isə bərabərə (0:0) qalıb.
Misli Premyer Liqası
21-ci tur
22 fevral
"İmişli" – "Şamaxı" 0:0
Hakimlər: Rəşad Əhmədov, Asiman Əzizli, Kərim Zeynalov, Vüqar Həsənli.
VAR: Rauf Cabarov, Elşad Abdullayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elman Musayev.
Quba. Olimpiya İdman Kompleksinin stadionu.
“İmişli”: 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 5. İdris İnqilablı, 94. Rafael Vieqaş, 10. Nikola Karaklaiç, 29. Edvin Banquera, 14. Ronaldo de Souza, 23. Dioqo Rollo, 79. Dioqo Kardozu, 17. Ezekiel Morqan, 7. Luis Silvestr.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 77. Elmir Rəhimzadə, 21. Abbas Ağazadə, 97. Xəzər Mahmudov, 3. Tuncay Yusifli, 30. Xəlil Mürsəlli, 20. Nazim Hüseynov.
Baş məşqçi: Jorje Kaşkilya.
“Şamaxı”: 1. Rikardo Fernandes, 5. Arsen Ağcabəyov (k), 2. Abdulla Rzayev, 97. Oruc Məmmədov, 82. Rüfət Abbasov, 9. Karim Rossi, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos, 8. Alfons Msanqa.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 7. Edqar Adilxanov, 48. Ramiz Muradov, 77. Nihat Mehralıyev, 90. Davud Mənsumov, 10. Andrey Tirkoveanu, 19. Abdullahi Şuaybu.
Baş məşqçi: Ayxan Abbasov.
"Sabah" – "Kəpəz" 1:0 (ikinci hissə)
Qol: K. Parris, 88.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev.
VAR: Əli Əliyev, Kamran Bayramov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Masazır. "Bank Respublika Arena".
"Sabah": 92. Stas Pokatilov (k), 10. Aleksey İsayev, 5. Rəhman Daşdəmirov, 9. Xəyal Əliyev, 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 70. Cesse Sekidika, 27. Timoteuş Puxaç, 13. İvan Lepiniça, 19. Aron Maluda.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev, 6. Abdulax Xaybulaev, 89. Cəfər Muxtarov, 20. Coy Lens Mikels, 11. Kahim Parris, 7. Umarali Raxmonaliyev, 83. Stefen Ende.
Baş məşqçi: Valdas Dambrauskas.
“Kəpəz”: 33. Yusif İmanov, 7. Ehtiram Şahverdiyev, 5. Rauf Hüseynli, 88. Şakir Seyidov, 9. Luis Paçu, 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa, 12. Mahamadu Ba, 14. Adama Fofana, 4. Mate Abuladze, 10. Ryonosuke Ohori.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 99. Əli Səmədov, 77. Fərid Nəbiyev, 17. Ümid Səmədov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 30. Ruslan Quliyev.
Baş məşqçi: Azər Bağırov.
Abunə Ol
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.