Ajans.az bu barədə "Hürriyet" qəzetinə istinadən xəbər verir. Bildirilir ki, bir müddət əvvəl beyin qanaması keçirdikdən sonra xəstəxanaya yerləşdirilən 76 yaşlı aktyor həkimlərin bütün səylərə baxmayaraq, dünyasını dəyişib. A.Tutal bu günədək 60-dək filmdə və bir çox televiziya serialında rol alıb. Onlar arasında xüsusilə "Günəşi gördüm", "Geniş ailə", "Bərəkətli torpaqlar üzərində" və "Hökumət qadın"ı göstərmək olar.