RU

"Arsenal" səfərdə "Tottenhem"i darmadağın etdi

2025/2026 mövsümünün İngiltərə Premyer Liqasının 27-ci turunun "Tottenhem" və "Arsenal" komandaları arasında keçirilən oyun başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, "Tottenhem Hotspur" stadionunda baş tutan görüşdə "topçular" oyunu 4-1 hesabı ilə qazanıb.

32-ci dəqiqədə Ebereçi Eze hesabı açıb. 34-cü dəqiqədə Randal Kolo Muani bərabərlik qolunu vurub. 47-ci dəqiqədə Viktor Qyökeres qonaqların ikinci qolunu vurub. 60-cı dəqiqədə Eze dubl edib. 90+5-ci dəqiqədə Qyökeres də dubl edib.

Bu oyundan sonra "Arsenal" 61 xalla Premyer Liqa turnir cədvəlinə başçılıq edir, "Tottenhem" isə 29 xalla 16-cı yerdədir.

"Tottenhem" növbəti matçında 1 martda səfərdə "Fulhem"lə qarşılaşacaq və "Topçular" həmin gün "Çelsi"ni qəbul edəcək.

Избранный
28
90deqiqe.az

1Источники