Sabah Ramazan ayının beşinci günüdür. Ramazan təqviminə əsasən imsak vaxtı saat 05:59-da, iftar vaxtı saat 18:39-dur.
Bizim.Media Qafqaz Müsəlmanları İdarəsinə istinadən Ramazan ayının beşinci gününün iftar duasını təqdim edir:
"Allahumməc-əlni fihi minəl-müstəğfirin. Vəc-əlni fihi min ibadikəs-salihinəl-qanitin. Vəc-əlni fihi min övliyaikəl-müqərrəbin. Birə-fətikə ya ərhəmər- rahimin".
Tərcüməsi:
İlahi, bu gün məni bağışlanmışlardan, sənin fərmanına baş əyən saleh bəndələrindən və yaxın dostlarından qərar ver. Mərhəmətinə and verirəm, ey rəhmlilərin ən rəhmlisi!
Allah orucunuzu qəbul etsin!
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта