RU

XXV Qış Olimpiya Oyunları başa çatdı

İtaliyanın Milan və Kortina-d"Ampetso şəhərlərində təşkil olunan XXV Qış Olimpiya Oyunları başa çatıb.

Publika.az xəbər verir ki, olimpiadanın bağlanış mərasimi Bakı vaxtı ilə febralın 22-si, saat 23:00-da start götürüb.

Tədbir İtaliyanın rəmzlərindən sayılan Verona Arenasında ("Verona Olympic Arena") keçirilib.

"Filmmaster" tərəfindən hazırlanan və "Grand Finale" (Möhtəşəm Final) adlandırılan bədii proqram İtaliyanın zəngin mədəniyyətini, incəsənətini və sarsılmaz idman ruhunu dünyaya nümayiş etdirib. Mərasimdə idmançıların əzmkarlığı, qazanılan nailiyyətlər xüsusi bədii kompozisiyalarla qeyd olunub və ənənəvi Olimpiya bayrağı növbəti ev sahibinə - Fransaya ötürülüb.

Bağlanış mərasimindəki paradda Azərbaycanı bayrağını dağ xizəkçisi Anastasiya Papatoma və fiqurlu konkisürən Vladimir Litvintsev daşıyacaqlar.

Избранный
18
publika.az

1Источники